logo

Məmmədəli Mehdiyev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb

20:42 24-02-2019 | icon 5103
Məmmədəli Mehdiyev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirində  90 kq çəkidə yarışan Məmmədəli Mehdiyev qızıl medal qazanıb.

YeniAvropa xəbər verir  ki, finala qədər uğurla irəliləyən cüdoçumuz həlledici döyüşdə yapon Sanşiro Muraonu məğlub edərək “Böyük dəbilqə” turnirinin qalibi olub.

Qeyd edək ki, Azərbaycan yarışda 15 cüdoçu ilə təmsil olunur. Bu gün Rüstəm Orucov (73 kiloqram) da komandamızın hesabına medal yazdırıb. O, turnirin bürünc mükafatını əldə edib.

Xatırladaq ki, “Böyük dəbilqə” turnirində 93 ölkədən 600-dən çox idmançı medallar uğrunda mübarizə aparır.