İstanbulda axşam saatlarından daha da intensivləşən qarlı hava şəraiti bir sıra nəqliyyat vasitələri ilə yanaşı, aeroportların da işinə çətinliklər yaradıb. Belə ki, güclü qar yağması səbəbindən Atatürk hava limanında 66 reys təxirə salınıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, hazırda aeroportun uçuşların həyata keçirildiyi ərazisinə buzlanmaya qarşı xüsusi “De-lcing” mayesi püskürdülür.