Azərbaycan şahmatçısı açıq Fransa çempionatında uğurla çıxış edib.
YeniAvropa xəbər verir ki, təmsilçimiz Namiq Quliyev 300-dən çox şahmatçı arasında 7,5 xal toplayaraq üçüncü yeri tutub.
Qeyd edək ki, Namiq Quliyevlə eyni- 7,5 xala malik olan niderlandlı Miqel Admiral əlavə göstəricilərə görə turnirin qalibi olub.