logo

Moldova prezidentinin korteji yenə qəzaya uğrayıb

20:10 22-02-2019 | icon 3157
Moldova prezidentinin korteji yenə qəzaya uğrayıb

Moldova prezidenti İqor Dodonun kortejindəki avtomobillərdən biri yol-nəqliyyat hadisəsi ilə üzləşib.

 YeniAvropa  "Interfax" agentliyinə istinadla xəbər verir ki, hadisə xidməti səfər zamanı baş verib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, qarşıdan gələn avtomobilin sürücüsü ötüb-keçmə əməliyyatı zamanı yolun sürüşkən olduğunu yaddan çıxarıb.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb. Polis təhqiqat aparır.

Moldova prezidentinin kortejində bundan əvvəl də qəza baş vermişdi. 2018-ci il sentyabrın 9-da İqor Dodonun getdiyi “Mersedes” onun yoluna çıxan yük maşınına dəyərək aşmışdı. Qəza nəticəsində üç nəfər yüngül xəsarət almışdı.