Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası fevralın 28-dən martın 6-dək Rusiyanın Soçi şəhərində təşkil olunacaq “Kuban baharı” beynəlxalq turnirində iştirak edəcək.
YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, millimiz martın 1-də Rusiya, iki gün sonra Belarus, ayın 5-də isə İran yığması ilə qarşılaşacaq.