logo

Aleksandr Dükov Rusiya Futbol İttifaqının yeni prezidenti seçilib

18:30 22-02-2019 | icon 3143
Aleksandr Dükov Rusiya Futbol İttifaqının yeni prezidenti seçilib

“Zenit” klubunun İdarə Heyətinin sədri Aleksandr Dükov Rusiya Futbol İttifaqının (RFS) yeni prezidenti seçilib.

 YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, səsvermə qurumun növbədənkənar konfransında baş tutub. Dükov RFS prezidentliyinə seçkidə yeganə namizəd olub. O, yeni postda Vitali Mutkonu əvəzləyib.

“Bu etimad üçün hamıya təşəkkür edirəm. Mənim üçün bu böyük şərəf və məsuliyyətdir. Öhdəmizdə çətin tapşırıqlar var, eyni zamanda onları həll etmək daha maraqlı olacaq. Biz komanda şəkilində əminəm ki, hər bir məsələləri həll edəcəyik”, – deyə Dükov bildirib.

Aleksandr Dükov RFS-in səkkizinci başçısı olub.