Ekvadorun şərqində 7,7 bal gücündə güclü zəlzələ baş verib.
YeniAvropa xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.
Yeraltı təkanlar fevralın 22-də yerli vaxtla saat 10:17-də Palora şəhərindən 115 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı yer səthindən 132 kilometr dərinlikdə yerləşib.
Hələlik mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.