İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin püşkü atılıb.
YeniAvropa xəbər verir ki, püşkün nəticələrinə əsasən, səkkizdəbir finalda aşağıdakı oyunlar keçiriləcək:
“Çelsi” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna);
“Ayntraxt” (Frankfurt, Almaniya) - “İnter” (İtaliya);
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Benfika” (Portuqaliya);
“Napoli” (İtaliya) - “Zaltsburq” (Avstriya);
“Valensiya” (İspaniya) - “Krasnodar” (Rusiya);
“Sevilya” (İspaniya) - “Slaviya” (Praqa, Çexiya);
“Arsenal” (İngiltərə) - “Renn” (Fransa);
“Zenit” (Rusiya) - “Vilyarreal” (İspaniya).
Səkkizdəbir final mərhələsinin ilk oyunları aprelin 7-də, cavab görüşləri isə mayın 14-də keçiriləcək.
Xatırladaq ki, UEFA Avropa Liqasının final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.