FIFA İngiltərənin “Çelsi” klubunu ikiillik transfer hüququndan məhrum edib.
YeniAvropa “Championat.ru” saytına istinadla xəbər verir ki, təşkilatın intizam komitəsi ingilis klubuna transfer qadağası tətbiq etməyi qərara alıb. Cəza 2019-2020-ci il mövsümünün sonunadək qüvvədə olacaq. Buna səbəb kimi klubun yetkinlik yaşına çatmayan 29 futbolçu transfer etməklə oyunçu qeydiyyatı ilə bağlı tələbləri pozduğu göstərilib.
Xatırladaq ki, eyni sanksiyalar İspaniyanın “Barselona” və “Atletiko Madrid” klublarına da tətbiq olunub. Bu səbəbdən Arda Turan və Dieqo Kosta kimi futbolçular klublarına transfer olunmaq üçün altı ay gözləmək məcburiyyətində qalıblar.