Fevralın 21-də İsveçrənin Nyon şəhərində futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, mərasimdə 5-ci səbətdə yer alan yığma komandamız D qrupuna düşüb. Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv İspaniya, Çexiya, Polşa və Moldovaya rəqib olub.
Püşkatmada nəticələri belədir:
A qrupu
Hollandiya, Rusiya, Sloveniya, Türkiyə, Kosovo, Estoniya
B qrupu
İtaliya, Danimarka, Bosniya və Herseqovina, İsrail, Malta, Gürcüstan
C qrupu
Norveç, Uels, Belarus, Şimali İrlandiya, Farer adaları
D qrupu
İspaniya, Çexiya, Polşa, Moldova, Azərbaycan
E qrupu
Şotlandiya, Finlandiya, Portuqaliya, Albaniya, Kipr
F qrupu
İsveç, İslandiya, Macarıstan, Slovakiya, Latviya
G qrupu
Fransa, Avstriya, Serbiya, Qazaxıstan, Makedoniya
H qrupu
İsveçrə, Belçika, Rumıniya, Xorvatiya, Litva
I qrupu
Almaniya, Ukrayna, İrlandiya, Yunanıstan, Monteneqro.
Qeyd edək k, püşkatmada rekord sayda – 47 yığma komanda iştirak edib. Milli komandamız 2009-cu ildən bəri Avro turnirlərinin seçmə mərhələsində iştirak etməyib.
Bu il avqustun 26-dan 2020-ci il sentyabrın 22-dək komandalar ev və səfər matçları keçirəcəklər. Qrupların qalibləri və ikinci yeri tutan ən yaxşı üç komanda final mərhələsində turnirə ev sahibliyi edən İngiltərəyə qoşulacaqlar. İkinci yeri qazanan daha 6 komanda 2020-ci ilin oktyabrında 2021-ci ilin iyulunda keçiriləcək final mərhələsinə üç vəsiqə uğrunda pley-off matçları oynayacaq.