Fevralın 23-24-də Macarıstanın Dyor şəhərində yunan-Roma güləşi üzrə "Qran-Pri" yarışı keçiriləcək.
YeniAvropa Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, reytinq xarakterli turnirdə ölkəmizi üç pəhləvan təmsil edəcək. Baş məşqçi Şaban Donatın rəhbərliyi altında Murad Məmmədov (60 kq), İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaqlar.