Türkiyənin Mersin şəhərinin Toroslar bölgəsində beşmərtəbəli bina çöküb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, sakinlər gecə saatlarında binanın əsas sütunlarından səslərin gəldiyini və bu səbəbdən evlərindən çıxdıqlarını bildiriblər.
Boşaldılan bina səhər saatlarında çöküb.
Hadisə yerinə cəlb olunan xilasedicilər dağıntılar altından axtarış işləri aparırlar.
Qəza ilə bağlı araşdırma aparılır.