logo

Türkiyədə dərslər dayandırıldı

11:49 21-02-2019 | icon 3213
Türkiyədə dərslər dayandırıldı

Türkiyənin qərbində Çanakkala vilayətindəki məktəblərdə dərslər dayandırılıb.

YeniAvropa yerli KİV-ə istinadla xəbər verir  ki, dərslərin dayandırılmasına ötən gün baş vermiş yeraltı təkanlar səbəb olub.

Bildirilir ki, dərslər yalnız 1 gün olmayacaq.

Qeyd edək ki, ötən gün İzmir və Çanakkala vilaəyitndə 5.5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İzmir şəhərindən 148 km şimal-qərbdə, ocağı isə 8 km dərinlikdə olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.