İsveçrə polisi Vale kantonunda qar uçqununun baş verdiyi rayonda axtarış əməliyyatının başa çatdığını bildirib.
YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Vale polisinin “Twitter” səhifəsində yerləşdirilib: “Axtarış əməliyyatı bütün gecə boyu davam edib və yalnız səhər saatlarında dayandırılıb. Ehtiyac olsa, əməliyyatı davam etdirə bilərik. İtkin düşənlər yoxdur. Xəsarət alan 4 nəfərdən birinin vəziyyəti ağırdır”.
Qeyd edək ki, fevralın 19-da Kran-Montana kurortunda qar uçqunu baş verib. Qar altında qalanların axtarışı ilə bağlı əməliyyatlara 100-dən çox xilasedici, o cümlədən hərbçilər və iki helikopter cəlb olunub.