logo

Almaniya dünyada ticarət artımına görə birinci yerdədir

12:29 20-02-2019 | icon 2898
Almaniya dünyada ticarət artımına görə birinci yerdədir

Almaniya 2018-ci il ərzində ticarət balansının artımına görə Yaponiya (173 milyard dollar; 153 milyard avro) və Rusiyanın (116 milyard dollar; 102 milyard avro) məcmu göstəricilərini geridə qoyub. Ölkə 294 milyard dollar (249 milyard avro) göstərici ilə dünyada birinci yerə çıxıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Münxen İqtisadi Araşdırmalar İnstitutunun hazırladığı hesabatda deyilir.

Ticarət balansının artımına səbəb ölkə xaricində yatırılan kapitaldan gələn mədaxildir. Nəzərə almaq lazımdır ki, AFR bu göstəriciyə görə artıq üçüncü ildir ki digər ölkələri üstələyir.