Sinqapurda gənc azərbaycanlı rəssamların sərgisi açılıb
Azərbaycanın İndoneziyadakı səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Sinqapurda gənc rəssamlarımızın sərgisi açılıb.
Xarici İşlər Nazirliyindən YeniAvropa-ya bildirilib ki, 4 gün davam edən sərgidə 14 gənc və istedadlı rəssamın 60-a yaxın sənət əsəri nümayiş olunub.
Sərginin açılışında çıxış edən ölkəmizin İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ilin noyabrında Sinqapura dövlət səfərinin ikitərəfli əlaqələrin tarixində yeni səhifə açdığını xüsusilə qeyd edib.
Azərbaycan ilə Sinqapur arasında ikitərəfli diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyi cari ildə ilk dəfə belə bir sərginin təşkilini iki ölkə arasında humanitar sahədə mübadilə üçün yaxşı zəmin yaratdığını bildirib. Diplomat iki ölkə arasında əlaqələrin inkişafı, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişlənidirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Daha sonra, tədbir iştirakçılarına Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 2018-ci ildə 100 illiyinin qeyd edilməsi, müasir dövrdə Azərbaycanda aparılan islahatlar və ölkəmizin sürətli inkişafı haqqında məlumat verilib.
Ermənistanın ölkəmizə qarşı apardığı hərbi təcavüz və azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmənin nəticələri barədə tədbir iştirakçılarına məlumat təqdim edilərək, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi və bir milyona yaxın insanın məcburi köçkünə çevrildiyi qeyd edilib. Bildirilib ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni Ermənistan icra etməlidir və məcburi köçkünlər öz doğma torpaqlarına geri qayıtmalıdır.
Bununla yanaşı, ölkəmizin hazırda sülh, sabitlik, dayanıqlı inkişaf nümunəsi olduğu və Azərbaycanın dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrildiyi və dünyaya möhkəm əsas yaradan daxili sabitlik, vətəndaş həmrəyliyi, insan və dinlərarası sülh və tolerantlığa söykənən öz inkişaf modelini təklif etdiyi iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə iştirak edən Türkiyənin Sinqapurdakı səfiri Murat Lütem çıxışında Sinqapurda Azərbaycan gənc rəssamlarının ilk sərgisinin keçirilməsini alqışlayıb. Türkiyə ilə Azərbaycan əlaqələrində “Bir millət – iki dövlət” prinsipinin iki qardaş xalqın tarixi köklərə əsaslandığını, Ermənistanın ölkəmizə qarşı təcavüzü və Dağlıq Qarabağın işğalına son qoyulması məsələsində Türkiyənin daim Azərbaycanın yanında olduğunu xüsusilə qeyd edib.
Sonda sərgidə iştirak edən gənc azərbaycanlı rəssamlara sertifikatlar təqdim olunub.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır