Tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr edilən ənənəvi “Shamkir Chess 2019” super turnirinin vaxtı və iştirakçıların siyahısı açıqlanıb.
YeniAvropa xəbər verir ki, altıncı dəfə keçiriləcək Vüqar Həşimov memorialı martın 31-də Şəmkir şəhərində start götürəcək. Builki turnirdə qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ilə yanaşı, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, keçmiş dünya çempionu Vişvanatan Anand, hollandiyalı Aniş Giri, çinli Dinq Liren, rusiyalı Aleksandr Qrişukun iştirak edəcəkləri dəqiqləşib.
Xatırladaq ki, ötənilki turnirin qalibi Maqnus Karlsen olub.