“LUKoil” Qazaxıstan iqtisadiyyatına 9 milyard dollaradək sərmayə yatırıb.
YeniAvropa Qazaxıstan prezidentinin rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, fevralın 19-da ölkə başçısı Nursultan Nazarbayev “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb. Görüşdə neft-qaz sənayesində gələcək investisiya əməkdaşlığı məsələlərini müzakirə edilib. Qazaxıstan prezidenti “KazMunayGaz” və “LUKoil” şirkətləri arasında tərəfdaşlığın müsbət dinamik inkişafını və effektivliyini vurğulayıb.
O, Qazaxıstanın ən əhəmiyyətli investorlarından biri olan “LUKoil”un ölkənin iqtisadiyyatına təxminən 9 milyard dollar sərmayə qoyduğunun bildirib.
“LUKoil” şirkətinin Xəzərin Qazaxıstan hissəsində karbohidrogen hasilatı üçün “Jenis” layihəsinin birgə həyata keçirilməsi barədə məlumat verilib. Qabaqcıl texnologiyalardan istifadə edilməklə yeni karbohidrogen yataqlarının aşkar olunması üçün birgə səylər müzakirə edilib. Şirkət Qazaxıstanın Energetika nazirliyi tərəfində