Avropa İnvestisiya Bankı Gürcüstana 250 milyon avro kredit ayıracaq.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, bununla əlaqədar Gürcüstan hökuməti və Avropa İnvestisiya Bankı arasında beynəlxalq əhəmiyyətli avtomagistralların tikintisi və yenidən qurulması ilə bağlı maliyyə sazişi imzalanıb. Sənədi Gürcüstanın maliyyə naziri İvane Maçavariani və Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak imzalayıblar.