logo

ABŞ-ın 16 ştatından ibarət koalisiya Donald Trampı məhkəməyə verib

14:52 19-02-2019 | icon 3045
ABŞ-ın 16 ştatından ibarət koalisiya Donald Trampı məhkəməyə verib

ABŞ-ın 16 ştatının nümayəndələri səddin tikintisi üçün Konqresdən yayınaraq vəsait əldə etmək məqsədi ilə Meksika sərhədində fövqəladə vəziyyət rejimi elan etdiyinə görə Prezident Donald Trampı məhkəməyə verib.

YeniAvropa “Politico” media təşkilatına istinadla xəbər verir ki, iddiaçılar səddin tikintisi üçün qanunsuz miqrasiya böhranını bəhanə gətirərək ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edən Amerika liderinin fəaliyyətini “qanunsuz sxem” adlandırıb.

Koalisiyaya, həmçinin Kaliforniya, Nyu-York, Kolorado, Konnektikut, Delaver və Havay ştatları daxildir.

Qeyd edək ki, ötən həftə Donald Tramp cənub sərhədində dövlət təhlükəsizliyinə təhlükə və humanitar böhran səbəbindən ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə sənəd imzalayıb.