logo

NATO Türkiyənin Rusiyadan zenit-raket kompleksləri almasına etiraz etmir

19:32 18-02-2019 | icon 3332
NATO Türkiyənin Rusiyadan zenit-raket kompleksləri almasına etiraz etmir

NATO, ABŞ-dan fərqli olaraq, Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasının əleyhinə deyil.

 YeniAvropa "NTV" telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Burdur şəhərində çıxışı zamanı bildirib. “ABŞ bizi hər zaman dilə tutur ki, S-400-dən vaz keçin. Biz nə üçün vaz keçməliyik? Siz Türkiyəyə zenit-raket kompleksləri satılmasında heç bir addım atmamısınız. Bizim isə müxtəlif sistemlərdən istifadə etmək haqqımız var. NATO-dan aydın şəkildə söylədilər ki, bu, onlar üçün hər hansı problem yaratmayacaq. NATO üzvü olan Yunanıstanda illərdir ki, "S-400" var, amma siz ona heç nə demirsiniz”, - Ərdoğan çıxışında belə deyib.

Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasına dair 2017-ci ildə imzalanmış saziş Ankara və Vaşinqton arasında diplomatik mübahisəyə səbəb olub. ABŞ türkiyəli həmkarlarının "S-400"dən imtina edərək Amerikanın Patriot sistemlərini almasında təkid edir. Türkiyənin hakimiyyət orqanları dəfələrlə bəyan ediblər ki, Patriot alacaqları təqdirdə belə, S-400-dən imtina etməyəcəklər. Ərdoğan administrasiyasının fikrincə, bu məsələlərin bir-biri ilə bağlılığı yoxdur.

Türkiyənin müdafiə naziri Hülusi Akar qeyd edib ki, "S-400" zenit-raket komplekslərinin tədarükünə bu ilin oktyabrında başlanacaq. Söhbət 2,5 milyard dollarlıq dörd "S-400" diviziyasından gedir.