Səudiyyə Ərəbistanının informasiya naziri Turki əl-Şaban vəliəhd şahzadə Məhəmməd bin Salmanın guya İngiltərənin “Mançestr Yunayted” klubunu almaq niyyətində olması barədə daha əvvəl bir sıra dünya KİV-lərinin yaydığı məlumatı təkzib edib.
YeniAvropa xəbər verir ki, bu barədə informasiya naziri öünün “Тwitter” səhifəsində iayıb.Qeyd edib ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinin ingilis klubunu almaq istəməsi barədə informasiya həqiqətə tamamilə ziddir. Nazirin sözlərinə görə, əslində “Mançestr Yunayted” klubunun rəhbərliyi sponsorluq imkanlarını müzakirə etmək üçün Səudiyyə Ərəbistanı İnvestisiya Fondunun nümayəndələri ilə görüşüb, lakin bu məsələ ilə bağlı razılığa gəlmək mümkün olmayıb.