logo

Ermənistanda "donuz qripi" virusu tüğyan edir

13:31 18-02-2019 | icon 3066
Ermənistanda "donuz qripi" virusu tüğyan edir

Ermənistan Səhiyyə Nazirliyi həyəcan təbili çalır. İşğalçı ölkədə A “H1N1” və “H3N2” virusları tüğyan edir.

YeniAvropa erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanda “donuz qripi” 10 nəfərin həyatına son qoyub. Onlardan 7-si azyaşlıdır. "H1N1" virusu ilə yanaşı, "H3N2" qripinə yoluxma riski də artıb. Ermənistan Səhiyyə Nazirliyi bildirilir ki, yüzlərlə uşağın tənəffüs orqanlarında kəskin infeksiyalar aşkarlanıb. Bu əlamətlə bağlı xəstəxanalara bu il yanvarın 1-dən 702 xəstə müraciət edib ki, onların da əksəriyyəti beş yaşına kimi olan körpələrdir.