logo

Mixeil Saakaşvili damarlarında erməni qanı axmadığını sübut edib

12:59 18-02-2019 | icon 3038
Mixeil Saakaşvili damarlarında erməni qanı axmadığını sübut edib

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili damarlarında erməni qanı axmadığını sübut edib. 

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, sabiq dövlət başçısı “bütün qonşularına hörmətlə yanaşdığını, digər millətlərdən olan vətənpərvərləri sevdiyini” bildirib. Eyni zamanda, onun milliyyəti ilə bağlı şayiələrə son qoymaq üçün ABŞ-da genetik testdən keçdiyini də söyləyən Saakaşvili deyib ki, nəticələr onun 98,3 faiz gürcü olduğunu göstərib. Min il əvvəl insanın etnik mənsubiyyətini aydın göstərən bu test Gürcüstanın sabiq prezidentinin damarlarında 1 faiz də yunan qanı axdığını müəyyən edib.

Mixeil Saakaşvili özünün "Facebook" səhifəsində onu da əlavə edib ki, uzun əsrlər boyu onun əcdadları heç bir başqa millətlə qan qarışdırmayıb, təkcə o, avropalı qadınla evlənərək bunu edib. O, testin nəticələrinin surətini də səhifəsində yerləşdirib.