Aprelin ilk heftəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfər edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya dövləti başçısının köməkçisi Yuri Uşakova istinadla “İzvestiya.ru” saytı məlumat yayıb.
Xəbərdə bildirilib ki, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında növbəti danışıqlar aparılacaq, həmçinin prezidentlər iki ölkənin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəklər. İclasda ticarət və iqtisadi sahədə əməkdaşlıq, mədəni əlaqələr və beynəlxalq vəziyyət müzakirə ediləcək.
Prezidentlər aprelin 8-də Böyük Teatrda Mədəniyyət və Turizm İlinin açılış mərasimində də iştirak edəcəklər.
Xəbərdə qeyd edilib ki, bu, dövlət başçılarının cari il ərzində sayca üçüncü görüşü olacaq.