Avropa Atletika Assosiasiyasının rəhbər heyətinə aprelin 13-də keçiriləcək seçkilərdə mübarizə aparacaq namizədlərin adları açıqlanıb.
YeniAvropa xəbər verir ki, seçkilərdə namizədlər Avropa Atletika Assosiasiyasının prezidenti, vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvlüyü uğrunda mübarizə aparacaqlar. Federasiyanın hazırkı prezidenti norveçli Svein Arne Hansen bu vəzifəyə yeganə namizəddir. Üç vitse-prezident vəzifələrinə isə Çerri Aleksandr (Böyük Britaniya), Cin Qarsia (Fransa), Marton Qyulay (Macarıstan), Frank Hensel (Almaniya), Dobromir Karamarinov (Bolqarıstan), Anti Pihlakoski (Finlandiya) və Libor Varhanik (Çexiya) namizədliklərini irəli sürüblər.
Seçkilər aprelin 13-də Praqada keçiriləcək 26-cı Avropa Atletika Konqresi çərçivəsində təşkil olunacaq.