logo

İranın Kosmik Araşdırmalar İnstitutundakı yanğında 3 nəfər ölüb

18:12 17-02-2019 | icon 2947
İranın Kosmik Araşdırmalar İnstitutundakı yanğında 3 nəfər ölüb

İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub.

YeniAvropa xəbər verir  ki,bu barədə açıqlama verən İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri yanğının təsadüfən baş vermədiyini nəzərə çatdırıb. O bildirib ki, bu institutun fəaliyyəti ABŞ və bəzi region dövlətlərini narahat edirdi. Onlar İranın kosmik tədqiqatlar aparmasının əleyhinə çıxaraq müxtəlif təhdidlər səsləndirirdilər. Odur ki, yanğın təsadüfi xarakter daşımır.

Nazir deyib ki, araşdırma aparılsa da, hələlik yanğının səbəbini müəyyənləşdirmək mümkün olmayıb. Buna baxmayaraq, təhqiqatlar davam etdirilir.

Xatırladaq ki, bu institut İranın raket proqramında aparıcı rola malikdir.