logo

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışı davam edir

12:52 17-02-2019 | icon 3528
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışı davam edir

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı davam edir.YeniAvropa xəbər verir  ki, turnirdə 30 ölkədən 160-dan artıq atlet birincilik uğrunda mübarizə aparır.

Turnirin ikinci günündə batut gimnastikasının fərdi və sinxron növləri, həmçinin tamblinq üzrə final yarışları keçirilir. Tamblinq yarışlarında Azərbaycan idmançısı, Avropa çempionu Mixail Malkin medallar uğrunda mübarizə aparır.

2019-cu və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan batut gimnastikası üzrə 8 dünya kuboku yarışı keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Bu il baş tutan yarışa marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasıdır.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim ediləcək.