Fevralın 16-da Azərbaycan Balkan Atletika Assosiasiyasına üzv qəbul edilib.
Azərbaycan Atletika Federasiyasından YeniAvropa-ya bildiriblər ki, bu barədə qərar Balkan Federasiyasının İstanbul şəhərində keçirilən iclasında qəbul edilib.
İclasda federasiyanın prezidenti Çingiz Hüseynzadə və baş katibi Məhərrəm Sultanzadə iştirak ediblər.