logo

Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub

22:59 16-02-2019 | icon 3339
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub

Fevralın 16-da İstanbulda keçirilən XXIV qapalı məkanlarda Balkan oyunları beynəlxalq turnirində iştirak edən atletimiz Nazim Babayev üç təkanla tullanma növündə gümüş medal qazanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Atletika Federasiyasının nümayəndəsi Ceyhun Hüseynov məlumat verib. Onun sözlərinə görə, azərbaycanlı atletlər yarışlara uğurlu başlayıblar. Belə ki, digər qız atletimiz Zəkiyyə Həsənova 60 metr məsafəyə qaçışda 7.37 saniyə ilə Azərbaycan rekordu vurub.

Qeyd edək ki, beynəlxalq turnirdə əməkdar məşqçi Ceyhun Hüseynov və Ziyad Xəlfəliyevin rəhbərliyi altında Nazim Babayev, Teymur Salamlı, Yadulla İbrahimov, Səid Nəcəfzadə, Fəxriyyə Tağızadə, Zəkiyə Həsənova, Lamiyə Vəliyeva və Yelana Pextireva mübarizə aparıblar.