Fevralın 16-da Romada start götürən açıq Avropa kubokunun birinci günündə Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulub.
YeniAvropa xəbər verir ki, onlardan Oruc Vəlizadə (60 kq) uğurla çıxış edib. İdmançımız rusiyalı Həmzət Zairbəyov, fransalı Vinsent Anquest, qazaxıstanlı Bairjan Zauntayev və fransalı Siven Qulen üzərində qələbə qazanaraq finala yüksəlib. Həlledici görüşdə Dauren Syukennovu (Qazaxıstan) məğlub edən cüdoçumuz qızıl medal qazanıb.
Əllidən çox ölkədən 300-dən artıq cüdoçunun mübarizə apardığı turnirə fevralın 17-də yekun vurulacaq.