logo

Qadın cüdoçularımız Avropa kuboku yarışlarında mübarizəni dayandırıblar

18:22 16-02-2019 | icon 3297
Qadın cüdoçularımız Avropa kuboku yarışlarında mübarizəni dayandırıblar

Azərbaycanın qadın cüdoçuları Avstriyanın Overvart şəhərində keçirilən Avropa kuboku turnirində mübarizəni dayandırıblar.

YeniAvropa Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, cüdoçumuz Nuriyyə Axundova (63 kq) çexiyalı Mikaela Kulikovanı məğlub etsə də, ikinci görüşdə avstriyalı Maqdalena Krssakovanın öhdəsindən gələ bilməyib.

Digər idmançılarımız - Şəfəq Həmidova (48 kq) belçikalı Ellen Salensə, Günel Həsənli (70 kq) isə almaniyalı Nina Agneta Rikenə məğlub olublar.

Turnirdə üç idmançı ilə təmsil olunan komandamız mübarizəni dayandırıb.

Xatırladaq ki, Avropa kubokunda 35 ölkədən 209 idmançı mübarizə aparır.