Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində üçmərtəbəli bina çöküb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, ilkin məlumata görə binada yaşayış olmayıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.
Binanın yola tərəf çökməsi səbəbindən ətraf ərazidə olan maşınlar zədələnib.
Hadisə ilə bağlı araşdırma aparılır.