logo

Albaniyada etirazçılar baş nazirin iqamətgahına hücum ediblər

15:21 16-02-2019 | icon 3045
Albaniyada etirazçılar baş nazirin iqamətgahına hücum ediblər

Albaniyada müxalifət partiyasının tərəfdarları respublikanın baş naziri Edi Ramanın iqamətgahına hücum ediblər.

YeniAvropa "Reuters" informasiya agentliyinə istinadla xəbər verir ki, baş nazirin istefasını tələb edən etirazçılar polis mühafizəsini yararaq binanın qapılarını qırmağa çalışırlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayiş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edir.