İsveçin "TeliaSonera" Telekommunikasiya Şirkətinin Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimovaya rüşvət verməkdə ittiham olunan sabiq direktoru və iki pop-menenceri Stokholm məhkəməsində bəraət alıb.
YeniAvropa xarici mətbuata istinasdla xəbər verir ki, şirkətin sabiq direktoru Lars Nüberq, Avrasiya bazarı üzrə məsul Türo Kivissari və şirkətin hüquqşünaslarından biri 2007-ci ildən 2010-cu ilədək Gülnara Kərimovaya 300 milyon avro rüşvət verməkdə ittiham olunurdular.
Lars Nüberqin vəkili mətbuata açıqlamasında bildirib ki, ittiham olunanlar məhkəmə bütün maddələr üzrə təqsirsiz biliniblər.
Xatırladaq ki, 2008-2015-ci illərdə "Azercell" "TeliaSonera" qrupuna daxil olub. Sonradan müəyyən fikir ayrılıqlarına görə şirkət "Azercell"lə ortaqlıqdan imtina edərək Azərbaycandan gedib.