logo

“Samsung” yeni “Galaxy S10” modelini martın 8-də təqdim edəcək

15:39 15-02-2019 | icon 3451
“Samsung” yeni “Galaxy S10” modelini martın 8-də təqdim edəcək

Koreya Respublikasının texnologiya nəhəngi olan “Samsung Electronics” şirkəti “Galaxy S10”, habelə “S10+” və “S10 Lite” smartfonlarını martın 8-də təqdim edəcək.

 YeniAvropa şirkətə istinadla xəbər verir ki, artıq fevralın 20-dən başlayaraq ABŞ-da onlayn qaydada qabaqcadan sifarişlərin qəbuluna başlanılacaq. Bildirilir ki, ekranın diaqonalı 5,8-6,4 düym aralığında olacaq yeni modellər 5G mobil şəbəkəsinə girişi dəstəkləyəcək. S10 modelinin ABŞ-da satış qiyməti 550 dollar dəyərində müəyyən olunub.

Şirkətin müştərilərinə təqdim edəcəyi yeniliklərdən biri də kabelsiz qulaqcıqlardır. Bu qulaqcıqlar həm də enerjini kabelsiz yığa biləcək.