logo

Haiti prezidenti etirazlara rəğmən istefa verməyəcəyini deyir

11:15 15-02-2019 | icon 3150
Haiti prezidenti etirazlara rəğmən istefa verməyəcəyini deyir

Haiti prezidenti Jovenel Moiz bir həftədən çoxdur davam edən kütləvi etirazlar aksiyaları iştirakçılarının çağırışlarına baxmayaraq, postunu tərk etmək niyyətində olmadığını bildirib. 

YeniAvropa xəbər verir  ki, bu barədə “Le Nouvelliste” qəzeti məlumat yayıb. 

“Mən ölkəni silahlı qruplaşmaların və narkotik vasitə alverçilərinin əlinə verməyəcəyəm”, -deyə Jovenel Moiz fevralın 14-də xalqa müraciəti zamanı bəyan edib. Prezident xalqın səsini eşitdiyini və insanları narahat edən problemlərdən xəbərdar olduğunu deyib. Onun sözlərinə görə, hökumət problemlərin həlli üçün lazımi tədbirlər görür.

Xatırladaq ki, bir qədər əvvəl Haitini bürüyən kütləvi etiraz aksiyaları zamanı azı 7 nəfərin həlak olduğu barədə məlumatlar yayılıb. Etiraz aksiyası keçirirənlərin əsas hissəsi prezident Jovenel Moizin istefasını tələb edən kasıb rayonların əhalisidir.