logo

Suriyaya dair növbəti zirvə görüşü Türkiyədə keçiriləcək

23:47 14-02-2019 | icon 3115
Suriyaya dair növbəti zirvə görüşü Türkiyədə keçiriləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyətə dair növbəti zirvə görüşünü Türkiyədə keçirmək təklifini irəli sürüb. 

YeniAvropa “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə R.T.Ərdoğan iranlı və rusiyalı həmkarları ilə üçtərəfli görüş zamanı bildirib.

“Biz cənab Putin və cənab Ruhani ilə üçtərəfli müzakirələri davam etdirmək barədə razılığa gəldik. Prezidentlərlə gələn görüşümüzü qarşıdakı aylarda Türkiyədə keçirmək istədiyimiz barədə fikirlərimizi bölüşdük”, - Türkiyə prezidenti qeyd edib.

Xatırladaq ki,  bu, Rusiya, İran və Türkiyə dövlət başçılarının üçtərəfli formatda sayca dördüncü görüşüdür. Əvvəlki görüşlər Soçi, Ankara və Tehranda baş tutub.