Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) güllə atıcılığı üzrə yığması dünya kuboku yarışlarında iştirak edir.
YeniAvropa xəbər verir ki, bu barədə AMPK-dan bildirilib. Qeyd edilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən dünya kuboku yarışlarına fevralın 24-də yekun vurulacaq.
Turnirdə ölkəmizi güllə atıcıları Əkbər Muradov, Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayeva təmsil edir.