logo

Norveçli atlet 1500 m məsafəyə qaçışda Avropa rekordunu təzələyib

16:11 14-02-2019 | icon 3521
Norveçli atlet 1500 m məsafəyə qaçışda Avropa rekordunu təzələyib

Norveçli atlet Yakob İnqebriqtsen 1500 metr məsafəyə qaçış yarışında yeni rekord müəyyənləşdirib.

YeniAvropa Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, 18 yaşlı atlet Cənubi Afrika Respublikasındakı dördaylıq məşq prosesindən sonra qatıldığı “Nordenkampen” yarışında 1500 metr məsafəni 3 dəqiqə 36 saniyəyə qət edərək maksimum xal toplayıb. Bu, Avropada 20 yaşadək atletlər arasında yeni rekorddur. O, həmçinin böyük qardaşı Henrik İnqebriqtsenə məxsus olan Norveç qış rekordunu (3 dəqiqə 39 saniyə) da yeniləyib.

Yakob İnqebriqtsen ötən il Berlində keçirilən atletika üzrə Avropa çempionatında 1500 və 5000 metr məsafələrə qaçış yarışlarının qalibi olub.