Fevralın 16-da atletlərimiz İstanbul kuboku turnirinə qatılacaqlar. YeniAvropa xəbər verir ki, bu haqda Azərbaycan Atletika Federasiyasının (AAF) mətbuat xidmətinin rəhbəri Ceyhun Hüseynov bildirib. Onun sözlərinə görə, turnirdə ölkəmizi Nazim Babayev, Teymur Salamlı, Yadulla İbrahimov, Səid Nəcəfzadə, Fəxriyyə Tağızadə, Zəkiyə Həsənova, Lamiyə Vəliyeva və Yelana Pextireva təmsil edəcəklər.
İdmançılarımız turnirdə qaçış (60m, 400m) və tullanma (üçtəkanla, uzunluğa) yarışlarında iştirak edəcəklər.
Atletlərimiz AAF-ın prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi altında mübarizə aparacaqlar.