logo

Ukrayna MDB ilə müqavilələri ləğv edir

23:58 12-02-2019 | icon 2961
Ukrayna MDB ilə müqavilələri ləğv edir

Ukrayna MDB çərçivəsində 200-dən çox müqaviləni ləğv edəcək.

YeniAvropa "RİA Novosti"yə istinadla xəbər verir  ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yekaterina Zelenko məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə hazırda rəsmi Kiyev MDB çərçivəsində imzalanmış 236 müqaviləni nəzərdən keçirməkdədir.  

Y.Zelenko həmçinin, qeyd edib ki, Ukrayna vətəndaşlarının və biznes dairələrinin maraqlarına toxunmayan müqavilələri ləğv etmək istəyir.