logo

ABŞ və NATO Əfqanıstanda sülh sazişinin mümkünlüyünü müzakirə edir

15:31 12-02-2019 | icon 3374
ABŞ və NATO Əfqanıstanda sülh sazişinin mümkünlüyünü müzakirə edir

NATO ABŞ-la Əfqanıstanda mümkün sülh sazişinin nəticələrinə dair müzakirələr aparır. 

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, müzakirələrə, həmçinin xüsusi nümayəndə Zalmay Xəlilzad da iştirak edir.

Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq sazişin baş tutacağı barədə danışmağın hələ tez olduğunu, lakin alyans çərçivəsində ümumi mövqeyin bildirilməsinin vacibliyini vurğulayıb.

“Əfqanıstanda vəziyyət mürəkkəb olaraq qalır. Lakin biz sülh uğrunda cəhdləri də görürük. ABŞ müttəfiqlərini hər zaman məlumatlandırıb. Hazırda mümkün sülh sazişinin nəticələri və NATO-nun onu necə dəstəkləməsi barədə məsləhətləşmələri davam etdiririk”, - deyə Yens Stoltenberq alyansa üzv ölkələrin müdafiə nazirlərinin fevralın 13-14-nə nəzərdə tutulan iclasının astanasında bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ hakimiyyət orqanları amerikalı nümayəndələrlə “Taliban” hərəkatı arasında aparılan danışıqlarda “xeyli irəliləyişə” nail olunduğunu vurğulamışdı.