logo

UEFA Avroliqanın 1/16 final mərhələsinə “Fənərbağça” – “Zenit” oyunu ilə start verilir

13:48 12-02-2019 | icon 3248
UEFA Avroliqanın 1/16 final mərhələsinə “Fənərbağça” – “Zenit” oyunu ilə start verilir

Fevralın 12-də UEFA Avropa Liqasının onaltıda bir final mərhələsinə “Fənərbaxça” – “Zenit” oyunu ilə start veriləcək.

YeniAvropa xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Komandalar oyuna tam heyətlə çıxa biləcəklər. Belə ki, hər iki komandanın heyətində zədəli və ya cəzalı futbolçular yoxdur.

Çexiyanın “Slaviya”, Fransanın “Bordo” və Danimarkanın “Kopenhagen” klubları ilə C qrupunda mübarizə aparan “Zenit” qrup lideri kimi pley-offa vəsiqə qazanıb.

İstanbul təmsilçisi isə D qrupunun ikincisi kimi növbəti mərhələdə oynamaq şansı qazanıb.

Bu komandalar aransında cavab oyunu fevralın 21-də keçiriləcək.