Fevralın 14-də Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.
YeniAvropa Kremlin fevralın 11-də yaydığı bəyanata istinadla xəbər verir ki, dövlət başçıları Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani “beynəlxalq miqyasda həyata keçirilən layihələr və dövlətlərarası əlaqələndirmə” məsələlərini müzakirə edəcəklər. Prezidentlər arasında təkbətək görüşlərin də keçiriləcəyi gözlənilir.
Astana formatında keçiriləcək dördüncü görüşdə əsas müzakirə mövzusu Suriyada böhranın uzunmüddətli həllinə nail olunmasıdır.
Bu liderlərin Soçidə ilk görüşü 2017-ci ildə keçirilib. Onlar Cenevrə danışıqlarına paralel olaraq, 2016-cı ildə Astanada keçirilən görüşdə Suriyada atəşkəsə nail olmaq barədə razılıq əldə ediblər.