Fevralın 11-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında keçirilən iclasda xorvatiyalı mütəxəssis Nikola Yurçeviç futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin olunub.
YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, yaxın günlərdə məşqçi ilə müqavilə imzalanacaq.
İclasda, həmçinin müxtəlif yaş kateqoriyaları üzrə milli komandaların da çalışdırıcıları müəyyənləşib. Belə ki, Milan Obradoviç U-21, Samir Əliyev U-19, Miloş Velebit U-15, U-16 yaş qrupları üzrə milli komandaların baş məşqçiləri təyin ediliblər.
Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının əlaqələndiricisi kimi fəaliyyət göstərəcək.