logo

ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstana səfər edib

22:54 10-02-2019 | icon 3416
ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstana səfər edib

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak fevralın 10-da Gürcüstana səfər edib.

YeniAvropa  Gürcüstanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində ATƏT-in sədri ölkə prezidenti, baş nazir, xarici işlər naziri, barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri ilə görüşlər keçirəcək.

Görüşlərdə Gürcüstan ilə ATƏT arasında əməkdaşlıq, regional təhlükəsizlik, Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasında ATƏT-in rolu, ATƏT regionunda münaqişələrin sülh yolu ilə həlli, ölkədəki demokratik vəziyyət və digər məsələlər diqqət mərkəzində olacaq.

Səfər fevralın 11-də başa çatacaq.