Fevralın 10-dan etibarən Rumıniyada dərmanların ədədlə satışına qadağa qoyulub.
YeniAvropa xəbər verir ki, bu, Avropa İttifaqının qəbul etdiyi yeni qaydaların tətbiqi ilə bağlıdır. Belə ki, bu gündən başlayaraq yeni Avropa direktivi, qaydası qüvvəyə minib ki, bu da əczaçıların xəstələrə yalnız qutu şəklində dərmanların satışına icazə verir. Yeni qayda Avropa İttifaqına üzv ölkələrdə dərmanların saxta olub-olmadığını yoxlamaq məqsədi daşıyır.
Bu qərar Rumıniyada yaşayan aztəminatlı ailələr tərəfindən narazılıqla qarşılanıb.