Bu ilin ilk ayında İstanbulun hava limanlarından 8 milyona yaxın sərnişin istifadə edib.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Dövlət Hava meydanları işlətməsi ümumi müdirliyindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, ötən ay ümumilikdə 56 min 420 daxili və xarici uçuş həyata keçirilib ki, bu da ölkə üzrə ümumi reyslərin 54 faizini təşkil edib. Türkiyənin bütün hava limanlarında isə 104 min 691 daxili və xarici reys qeyd alınıb.
İstanbulun hava limanlarında həyata keçirilən reyslərdən ümumilikdə 7 milyon 968 min 882 sərnişin istifadə edib. Bu sərnişinlərdən 5 milyon 118 min 813-ü Atatürk, 2 milyon 757 min 846-sı Sabiha Gökçən, 92 min 223-ü isə İstanbul yeni hava limanlarından yararlanıb.