Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu, 97 yaşlı şahzadə Filip sürücülük vəsiqəsindən imtina edib.
YeniAvropa xarici mətbuata istinadla xəbər verir ki, Bakinqam sarayından verilən məlumata görə, şahzadə könüllü şəkildə vəsiqədən imtina edib.
Qeyd edək ki, şahzadə Filip yanvar ayında avtomobil qəzasına düşüb və qəza zamanı xəsarət almayıb. Polis tərəfindən aparılan araşdırmalar zamanı şahzadənin təhlükəsizlik kəmərindən istifadə etmədiyi aşkar olunub.